MƏDƏNİYYƏT


“Kiyev virtuozları” Qəbələdə maraqlı konsert proqramı ilə çıxış edib

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində avqustun 2-də axşam Qəbələ Mədəniyyət Mərkəzində tamaşaçılara “Kiyev virtuozları” simfonik orkestrinin konsert proqramı təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.