MƏDƏNİYYƏT


“Kiyev virtuozları” Qəbələ festivalında növbəti konsert proqramını təqdim edib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq beşinci gündür tamaşaçıları bir-birindən maraqlı konsert proqramları ilə sevindirir. İyulun 31-də başlayan festivalda Azərbaycanın tanınmış musiqi kollektivləri, həmçinin xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, simfonik orkestr, solistlər və dirijorlar iştirak edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın proqramına uyğun olaraq, avqustun 4-də axşam Qəbələ Mədəniyyət Mərkəzində Ukraynanın məşhur “Kiyev virtuozları” simfonik orkestrinin növbəti konserti olub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.