SİYASƏT


Bakının müasirləşən ucqar rayonu - Pirallahı REPORTAJ

Son illərdə Azərbaycan sürətlə inkişaf edərək bütün sahələrdə böyük uğurlar qazanıb. Bu dövr ərzində Prezidentin təsdiq etdiyi müvafiq Dövlət Proqramlarına əsasən, Bakı şəhəri və onun rayonları, o cümlədən, Pirallahı rayonu böyük inkişaf yolu keçib.

2019-cu ilin 6 ayı ərzində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bilavasitə iştirakı ilə rayonda çoxlu sayda sənaye müəssisələrinin, müxtəlif təyinatlı sosial obyektlərin açılışı olub, geniş miqyaslı abadlıq-quruculuq işləri görülüb, qəsəbənin “Baş Planı” hazırlanıb. Pirallahıda dövlət mənzil fonduna aid 70-dən çox hündürmərtəbəli və 200-dən çox birmərtəbəli çoxmənzilli yaşayış binası əsaslı təmir olunub.