MƏDƏNİYYƏT


Nəsimi haqqında yeni bədii film çəkilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi yeni bədii televiziya filminin çəkilişlərini başa vuraraq təhvil verib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Son gecə” adlı film Azərbaycanın dahi şairi Nəsimiyə həsr olunub. “Nəsimi ili” çərçivəsində ərsəyə gələn film Nəsiminin zindanda – edamdan əvvəl son gecəsindən bəhs edir. Film Rəsul Rzanın eyniadlı poeması əsasında çəkilib. Filmdə maraqlı faktlardan biri üç fərqli Azərbaycan şairinin – Nəsimi, Mirzə Ələkbər Sabir və Rəsul Rza obrazlarının eyni səhnədə, eyni kadrda lentə alınmasıdır.