CƏMİYYƏT


Göygöl Milli Parkının canlıları videotələyə düşüb

Göygöl Milli Parkı ilin hər fəslində yalnız yerli və xarici turistlərin səyahət etdiyi füsunkar gözəlliklər diyarı deyil, həm də Cənubi Qafqazın nadir fauna və flora növlərinin qorunduğu açıq səma altında canlı təbiət muzeyidir. Göygöl Milli Parkının Elmi işlər, ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavini Fuad Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ərazidə ilk dəfə quraşdırılmış videotələ vasitəsilə burada qonur ayı, tülkü, porsuq və zığ-zığ quşunun görüntüləri qeydə alınıb.