Hirkan Milli Parkında yanğın tam söndürülüb
23.08.2019 [18:44]
Xəbərin mətni
Hirkan Milli Parkının dağlıq ərazisində baş vermiş yanğın tam söndürülüb.
Bu barədə parkın direktoru Azər Mirzəyev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
O deyib: “Parkın ərazisində yanğın olmasa da, Lənkəran rayonunun Təngivan kəndi ərazisində tüstülənmə var. Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar. Yanğın söndürülsə də, ərazi nəzarətdə saxlanılır. Burada parkın əməkdaşları tərəfindən növbətçilik təşkil edilib”.