MƏDƏNİYYƏT


Azərbaycan mədəniyyəti Xarkovda təbliğ olunub

Ukraynanın Xarkov şəhərinin yaradılmasının 365-ci ildönümü münasibətilə təşkil olunan konsertdə Azərbaycan mədəniyyəti təbliğ edilib.
AZƏRTAC xəbər verir ki, bir çox xarici ölkələrin şəhər merlərinin, dövlət administrasiya rəhbərlərinin və diplomatik nümayəndəliklərin qatıldığı tədbirdə çıxış edən müğənni Vaqif Nağıyev göstərdikləri dəstəyə görə Xarkov şəhər meriyası və Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürünü bildirib.
Sonra V.Nağıyevin ifasında Azərbaycan və Ukraynanın estrada mahnıları səsləndirilib. Onun ifası alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır