MƏDƏNİYYƏT


Kiyevdə keçirilən festivalda soydaşlarımız da təmsil olunub

Ukraynanın paytaxtı Kiyev şəhərində dövlət müstəqilliyinin yaranmasının 28-ci ildönümü münasibətilə “Etnik çələngi” adlı festival keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycanın milli musiqisi və milli geyimi təbliğ olunub. Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti, soydaşımız Qurban Abbasov və müğənni Natalya Kudryaşovanın rəngarəng çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.