MƏDƏNİYYƏT


Gözoxşayan zərgərlik nümunələri yaradan gənc ABAD-çı REPORTAJ

Roman Həsənov Quba şəhərində yerləşən ABAD (Ailə Biznesinə Asan Dəstək) Məktəbinin ilk məzunlarındandır. 2018-ci ilin iyul ayında burada təşkil olunan zərgərlik kurslarına qatılaraq bu sənətin sirlərini öyrənib. Artıq sərbəst şəkildə zərgərlik məmulatları hazırlayan Roman yaxın gələcəkdə öz şəxsi emalatxanasını açmaq istəyir.