MƏDƏNİYYƏT


Meksikalı pianoçu Xesus Lepenin konserti keçirilib

Sentyabrın 2-də Beynəlxalq Muğam Mərkəzinin və Meksika səfirliyinin təşkilatçılığı ilə tanınmış meksikalı pianoçu Xesus Lepenin konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə dünya şöhrətli bəstəkarlar Bax, Bethoven və Şopenlə yanaşı, Meksikanın klassik musiqi ifaçılarından Xesus Belisario və Rikardo Kastronun əsərləri də səsləndirilib.