MƏDƏNİYYƏT


Ömrünün 65 ilini sadə peşəyə həsr edən cəlilabadlı pinəçi

Müasir dövrümüzdə unudulmaqda olan qədim pinəçilik bu gün də sənət qədri bilənlər tərəfindən qorunur, öz ahəngi ilə yaşadılır. Səksən beş illik ömrünün nə az, nə çox, düz 65 ilini bu sənətə həsr edən Mustafa Heydərov yaşadığı Cəlilabad rayonunda indi bu peşənin sadiq keşikçilərindəndir.