“Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsində üçüncü gün uğurla başa çatıb
08.09.2019 [22:48]
Xəbərin mətni
“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsində üçüncü gün üçün nəzərdə tutulan tədbirlər gənc vətənpərvərlərin fiziki hazırlığı üzrə məqbulların qəbul edilməsi ilə başlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi təşviqat dəstəsinin səsləndirdiyi “Biz gəlirik, Qarabağ!” vətənpərvərlik marşının sədaları altında düşərgə iştirakçıları təlim mərkəzinə yola düşüblər.