SİYASƏT


Milli Məclisin Sədri Almaniyaya səfər edib

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Almaniyanın paytaxtı Berlinə səfər edib.
Oqtay Əsədov sentyabrın 9-da Almaniya Bundestaqının birinci vitse-prezidenti, Berlin şəhərinin meri Mixael Müller, Almaniya Bundestaqının prezidenti Volfqanq Şoyble, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Yohannes Kars və qrupun digər üzvləri ilə görüşlər keçirib.