İDMAN


Azərbaycan poloçuları növbəti dəfə böyük hesablı qələbə qazanıblar

Sentyabrın 14-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda keçirilən 7-ci arena polo üzrə dünya kubokunun ikinci gününün sonuncu qarşılaşmasında “Elite Horse & Polo Club Baku” və Rusiyanın “Planernaya Polo Club Moscow” komandaları ilə üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alan poloçularımız ikinci görüşdə də böyük hesablı qələbə qazanıblar - 12:1. Komandamızın heyətində Elçin Camallı (8) və Tərlan Qurbanəliyev (4) fərqləniblər. Bu qələbə sayəsində komandamız 7-ci arena polo üzrə dünya kubokunun finalına vəsiqə qazanıb.