SİYASƏT


Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub

Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyartoya “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub. Medalı nazir Elmar Məmmədyarov təqdim edib.
Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin binasında təşkil edilən tədbirdə bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti, səfir Vilayət Quliyev, səfirliyin əməkdaşları və yüksək vəzifəli macar diplomatları iştirak ediblər.