İDMAN


Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə "BMW Fest 2019" keçirilib

Dənizkənarı Milli Park ərazisində Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə "BMW Fest 2019" keçirilib.
Tədbir çərçivəsində BMW avtomobillərinin nümayişi və sərgisi, yerli idmançıların iştirakı ilə drift yarışları, uşaqlar üçün kartinq məşğələləri təşkil olunub.
Tədbirə "BMW Club Azərbaycan"ın üzvləri ilə yanaşı digər avtomobil klublarından da qonaqlar qatılıblar.