Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ilə Xorvatiya arasında siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə olunub

26.09.2019 [10:06]

Xəbərin mətni

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın Xarici İşlər naziri Qordan Qrliç Radman ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Elmar Məmmədyarov xorvatiyalı həmkarını Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.