SİYASƏT


Azərbaycan və Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Abul Qeyt ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Ərəb Dövlətləri Liqası arasında mövcud əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və əməkdaşlığın bir çox sahələrdə daha da dərinləşməsi üçün birgə səylərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.