“Qarabağ” səfərdə “Düdelanj”ı böyük hesabla məğlub edib
04.10.2019 [04:18]
Xəbərin mətni
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Düdelanj” - “Qarabağ” oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, Lüksemburqdakı “Jozi Bartel” stadionunda baş tutan görüş komandamızın inamlı qələbəsi ilə yekunlaşıb (1:4).