Azərbaycan Dövlət İnformasiya Agentliyi

Horadizdə Seyid Şuşinskinin anadan olmasının 130 illiyi qeyd edilib

04.10.2019 [14:52]

Xəbərin mətni

Horadiz şəhərindəki Muğam Mərkəzində Azərbaycan xanəndəlik məktəbinin bənzərsiz simalarından biri Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin "Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən Mədəniyyət Nazirliyinın dəstəyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.