İDMAN


Pencak-silat üzrə Azərbaycan millisi açıq Avropa çempionatına hazırlığı davam etdirir

Pencak-silat üzrə Azərbaycan milli komandası oktyabrın 11-dən 15-dək Hollandiyada təşkil olunacaq açıq Avropa çempionatına hazırlığı davam etdirir.
AZƏRTAC xəbər verir ki, çempionatda ölkəmizi 11 idmançı təmsil edəcək. Böyüklərin mübarizəsində Abdulla Abdullazadə, Avropa çempionu Elxan Cəfərov, qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı Rəsul Hümbətli, dünya kubokunun gümüş mükafatçısı Bəxtiyar Həmidov, Avropa çempionu Seymur Xəlilov, Rumiyə Vəliyeva və Lalə Mikayılova medallar uğrunda yarışacaqlar.