Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan yığması Bəhreyn millisinə qalib gəlib

10.10.2019 [09:20]

Xəbərin mətni

Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan yığması 3:2 hesabı ilə qalib gəlib.
Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gəliblər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.