İDMAN


“Avro-2020”: Macarıstan-Azərbaycan oyunu başa çatıb

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də keçirilən Macarıstan-Azərbaycan oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, Budapeştdə, “Groupama Arena”da baş tutan oyunda komandamız minimal hesabla məğlub olub (1:0). Oyunun son dəqiqələrində milli komandamızın futbolçusu Bəhlul Mustafazadə fərqlənib. Lakin hakim əllə oyuna işarə edərək qolu qeydə almayıb. Milli komandamızın futbolçuları hollandiyalı baş hakimə etirazını etsə də, qərar dəyişilməyib.
Hazırda “E” qrupunda Macarıstan 12 xalla 2-ci yerə yüksəlib. Azərbaycan isə 1 xalla 5-ci pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır