SİYASƏT


Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız səfərlər haqqında razılaşmaya dəyişikliklər edilib

Oktyabrın 14-də Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız səfərlər haqqında razılaşmaya dəyişikliklərin edilməsinə dair protokol imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd Türkdilli ölkələrin Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclası çərçivəsində imzalanıb.
Sənədi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın Daxili İşlər naziri Erlan Turqumbayev imzalayıblar. Dəyişikliklər müvafiq ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.