Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pencak-silat üzrə açıq Avropa çempionatında uğurla çıxış edən millimizin üzvləri Vətənə dönüblər

16.10.2019 [14:11]

Xəbərin mətni

Niderlandın Haaqa şəhərində keçirilən pencak-silat üzrə açıq Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Milli komandamızın üzvlərini ictimaiyyət nümayəndələri, idmançılar, federasiya rəsmiləri və mətbuat nümayəndələri qarşılayıblar.