CƏMİYYƏT


650 min ağacın harada əkiləcəyi müəyyənləşib

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Bu tədbirə bütün ölkə ərazisində ciddi hazırlıq gedir. Əkiləcək ağacların hamısı Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik  sahələrində yetişdirilib.