SİYASƏT


Ankarada “Azərbaycan müstəqilliyə gedən yolda” mövzusunda konfrans keçirilib

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Ankara şəhərində yerləşən Qazi Universitetində konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə Elmlər Akademiyası və Qazi Universiteti tərəfindən təşkil olunan mərasimdə rəsmi şəxslər, səfirlər, deputatlar, görkəmli alimlər, həmçinin Qazi Universitetinin professor, müəllim və tələbə heyəti iştirak edib.