CƏMİYYƏT


Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı olub

Azərbaycana daha çox turistin cəlb olunması üçün Çinin müvafiq dövlət qurumları və şirkətlər ilə fəal iş aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Şanxayda keçirilmiş 2-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı zamanı bildirilib.
Sərginin paralel forumlarından olan 2-ci Çin sərgi sənayesi ticarəti beynəlxalq forumunda çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, son illər ölkəmizdə turizm sənayesində böyük inkişaf müşahidə olunur.