MƏDƏNİYYƏT


Vyanada tədbir: Şərqi Tirol Azərbaycanla görüşür

Noyabrın 12-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Şərqi Tirol Azərbaycanla görüşür“ adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Avstriya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edən tədbirdə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiyalar üzrə Federal naziri Andreas Rayxerdt, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Avstriya Parlamentinin üzvləri, incəsənət xadimləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.