Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13.11.2019 [17:06]
Xəbərin mətni
Ağcabədi rayonu ərazisində uzunluğu 18 kilometr olan yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib.