İQTİSADİYYAT


Azərbaycanla və Birləşmiş Ərəb Əmirlikləri arasında Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib

Bu vaxtadək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 milyon dollardan çox sərmayə yatırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının həmsədri Mikayıl Cabbarov noyabrın 13-də Bakıda BƏƏ-nin İqtisadiyyat naziri, Komissiyanın həmsədri Sultan bin Səid Əl-Mansuri ilə görüşdə deyib.