MƏDƏNİYYƏT


Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərginin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev son illər ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bu baxımdan bu ilin də önəmli tədbirlərlə yadda qaldığını qeyd edib.