MƏDƏNİYYƏT


UNESKO-nun Baş Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində mədəniyyət nazirlərinin forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda 130-a qədər ölkənin Mədəniyyət nazirləri iştirak edir. Forum çərçivəsində “Mədəniyyət və irs – dialoq və sülh üçün bərpa olunan enerji”, “Təhsildə mədəniyyət – insan inkişafı və innovasiya üçün fundamental ölçü”, “Dayanıqlı inkişaf və məşğulluq üçün mədəniyyət və yaradıcılığa investisiya qoyuluşu” və “İctimai məkanda mədəniyyət – sosial və şəhər transformasiyasının təkanverici qüvvəsi” mövzularında dörd panel keçiriləcək.