Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22.11.2019 [14:08]
Xəbərin mətni
Şəmkir rayonu ərazisindəki yerli əhəmiyyətli Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yol əsasının tikintisi işləri aparılıb və asfaltlanma işlərinə başlanılıb.