Azərbaycan Latviyada xeyriyyə yarmarkasında təmsil olunub
25.11.2019 [18:19]
Xəbərin mətni
Riqa Beynəlxalq Qadınlar Klubu (RBQK) tərəfindən Latviya Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklər üçün “23-cü RBQK xeyriyyə bazarı” (“23rd RIWK Charity Bazaar”) təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Riqanın mərkəzi “Radisson Blue” otelində keçirilən xeyriyyə-ticarət yarmarkasında Latviyada fəaliyyət göstərən diplomatik nümayəndəliklər öz guşələri ilə təmsil olunublar.