İQTİSADİYYAT


“MyBroker” ilə Türkiyənin “Worldef” şirkəti əməkdaşlığa dair memorandum imzalayıb

Noyabrın 26-da keçirilən “World E-Commerce Eurasia 2019” Bakı forumu çərçivəsində Azərbaycanın “MyBroker” şirkəti və Türkiyənin “Worldef” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Forumun media tərəfdaşı AZƏRTAC xəbər verir ki, sənədi “MyBroker” şirkətinin təsisçisi Rəşad Əliyev və “World E-Commerce Forum”un sədri Ömər Nart imzalayıblar.