Bakıda ilk dəfə “World E-Commerce Eurasia 2019” forumu keçirilir
26.11.2019 [14:47]
Forumun media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “My Broker” şirkətinin təsisçisi Rəşad Əliyev “World E-Commerce Eurasia 2019”un Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “İnnovasiyalar Mərkəzi” MMC-nin İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, “World E-Commerce Forum” və “My Broker” gömrük təmsilçiliyi tərəfindən birgə təşkil edildiyini deyib. O bildirib ki, forumun məqsədi Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişafı, bu mövzuda əlaqələrin genişləndirilməsi, həmçinin bu sahəyə startupların marağının artırılması və bu sahədə fəaliyyət göstərən startaplara dəstəyin verilməsidir.