Latviyada İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
02.12.2019 [18:38]
Xəbərin mətni
Latviyada Riqa Klassik Gimnaziyasında görkəmli mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi, “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin fəalları, Riqa Klassik Gimnaziyasının tələbə və məzunlarının ortaq əməyi ilə reallaşan tədbirdə görkəmli şairin yaradıcılığından ilhamlanaraq bir-birindən maraqlı kompozisiyalar təqdim edilib. Gecənin təşkilatçısı və koordinatoru, uzun illər Riqada Azərbaycan dilini uğurla tədris edən Günay Əliyeva olub.