Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmiz Qazaxıstanda xeyriyyə yarmarkasında təmsil olunub

03.12.2019 [19:12]

Xəbərin mətni

Xeyriyyə yarmarkasında Azərbaycan məhsulları - xalçalar, kəlağayılar, şirniyyatlar, milli suvenirlər, şərablar, nar şirəsi və digər məhsullarımız ən çox diqqət göstərilən və satılan məhsullar sırasında yer alıb. Şəhər sakinlərinə və qonaqlara kulinar nəşrlərimizlə yanaşı, şəkərbura, paxlava və digər şirniyyat növləri, müxtəlif növ çay məhsulları, mürəbbə və kompotlar təqdim olunub.