Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sofiyada keçirilən beynəlxalq xeyriyyə bazarında Azərbaycan mətbəxi və məhsulları nümayiş olunub

05.12.2019 [15:40]

Xəbərin mətni

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunmuş növbəti, sayca 25-ci xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib. Bazarda iştirak edən səfirlik Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyətini, tarixi irsini, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib.