Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir təşkil edilib

06.12.2019 [18:18]

Xəbərin mətni

Almaniyanın Ştutqart şəhərində yerləşən və XIX əsrə aid hesab edilən abidə “Alte Reiterhalle”də Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir təşkil edilib. Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Almaniyadakı səfirliyi, fəxri konsulluğu və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən reallaşıb.