Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb
17.12.2019 [21:14]
Xəbərin mətni
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, çay süfrəsi arxasında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanı Bakıda görməkdən şad olduğunu bildirdi.