Pakistanda beynəlxalq konfransda Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsündəki rolundan danışılıb
18.12.2019 [12:38]
Xəbərin mətni
Pakistanın paytaxtı İslamabadda bu ölkənin Qlobal və Strateji Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Bir kəmər, bir yol" tərəfdaşlarının regional media bağlılığı mövzusunda beynəlxalq konfrans keçirilib.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü iri əməkdaşlıq təşəbbüsü olan "Bir kəmər, bir yol"un xalqlar arasında təmasların daha da yaxınlaşdırılmasındakı əhəmiyyətinə, bu işdə medianın vacib roluna dair müzakirələr aparmaq məqsədilə təşkil olunan konfransda Azərbaycan, Çin, Özbəkistan, Belarus, İran, Qırğızıstan, Tacikistan, Şri-Lanka, Maldivdən olan nümayəndələr iştirak ediblər.