Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazlı rəssamın əsərləri Türkiyədə sərgilənib

19.12.2019 [16:08]

Xəbərin mətni

Xaçmazlı rəssam Canpolad Qəhrəmanovun əsərləri Türkiyədə ahıska türklərinin sürgün edilməsinin 75-ci ildönümü ilə bağlı keçirilən mərasimdə sərgilənib. Ankarada təşkil olunan sərgidə rəssamın 15 əsəri nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ömrünün yarıdan çoxunu rəssamlığa həsr edən 62 yaşlı Canpolad Qəhrəmanov ahıska türküdür. O, 1969-cu ildə ailəsi ilə birlikdə Azərbaycana gələrək Xaçmazın Müşkür kəndində məskunlaşıb.