Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri Ağ evin qarşısında çıxış ediblər

25.12.2019 [11:15]

Xəbərin mətni

Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri Milli Park Xidməti və Prezident Parkının dəstəyi ilə Ağ evin qarşısında təşkil edilən Yeni il musiqi şənliyində çıxış ediblər.