Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kənd Təsərrüfatı naziri Xaçmazda fermerlərlə görüşüb

25.12.2019 [15:50]

Xəbərin mətni

Kənd Təsərrüfatı naziri İnam Kərimov dekabrın 25-də “Kapital Bank” ASC-nin Xaçmaz filialında kənd təsərrüfatı məhsulları istehsalçılarına “Fermer kartı”nın təqdim edilməsi mərasimində iştirak edib. Nazir İnam Kərimov fermerlərə aqrar subsidiyaların verilməsinin yeni mexanizmi barədə məlumat verib. Bildirib ki, 2020-ci ildən aqrar subsidiyalar yeni mexanizm əsasında veriləcək. Qeyd olunub ki, yeni subsidiya siyasəti kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin artırılmasını, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur.