Prezident İlham Əliyev Bakının daha bir parkında aparılan yenidənqurma işləri ilə tanış olub
30.12.2019 [14:35]
Xəbərin mətni
Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən parkda aparılan yenidənqurma işləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Abdullayev dövlətimizin başçısına parkda həyata keçirilən yenidənqurma işləri barədə məlumat verdilər.