RƏSMİ


Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib
Birinci vitse-prezident Mehriban Əliyeva bayram şənliyində iştirak edib

Heydər Əliyev Fondu dekabrın 30-da “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün şənlik təşkil edib.
AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq keçirilən şənliyə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət alıblar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər.