RƏSMİ


Birinci vitse-prezident Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Dekabrın 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Heydər Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzində aparılan əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub, mərkəzin yeni korpusunun açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində yaşayan və müalicə alan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlandı.