İQTİSADİYYAT


Pərviz Şahbazov: TAP-ın reallaşması İtaliyanın cənubunda ekoloji vəziyyəti də yaxşılaşdıracaq

Romada keçirilmiş İtaliya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın V iclasına həmsədrlik edən Energetika naziri Pərviz Şahbazov həmin ölkənin “Askanews” xəbər agentliyinə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, nazir müsahibəsində Azərbaycan və İtaliya arasındakı əməkdaşlığın bütün sahələr üzrə yüksək səviyyədə olduğunu bildirib.